Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talılov vəzifəsindən azad edilib.
FED.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, onun yerinə Elçin Zeynalov təyin olunub.
Yeni nazir müavini indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.