Azərbaycanın ən varlı rayonlarından biri sayılan Şəmkirdə barama biznesinə start verilib. FED.az xəbər verir ki, Şəmkirdə ilk üç ayın yekunlarına həsr edilən toplantıda rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, rayonda baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün tədbirlərə başlanıb. Son illər rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək üçün 80 min tut tingi əkilib. Cari ildə rayonun 36 yaşayış məntəqəsi üzrə kümçülərə ipəkqurdu toxumu veriləcəyi planlaşdırılıb.
Eləcə də bax: Ən çox qazandıran məhsuldan 35% GƏLİR
Cari ilin məhsulu üçün Şəmkirdə 14 min 398 hektar sahədə taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə 260 hektar çoxdur. Taxıl əkilən sahələrin 12 min 389 hektarını buğda, 2 min 188 hektarını isə arpa zəmiləri təşkil edir. Bundan əlavə, 4 min hektar sahədə kartof, 5 min 151 hektarda tərəvəz bitkiləri, 70 hektarda isə şəkər çuğunduru əkilib.
Rəsmi məlumatlara görə, hesabat dövründə Şəmkir rayonunda 1494 yeni iş yeri açılıb ki, onunda 662-si daimi, 832-si müvəqqəti iş yeri olub.
Eləcə də bax: «Bizim traktorlar 2-3 dəfə ucuz olacaq» – YENİ ZAVOD TİKİLİR
Azərbaycanın ən varlı rayonunda barama biznesi başlayıb
08:57
18 Aprel 2018