Aqrar

Azərbaycanın daha 7 sahibkarlıq subyekti Rusiyaya pomidor - İxrac Edəcək

Azərbaycanın daha 7 sahibkarlıq subyekti Rusiyaya pomidor - İxrac Edəcək | FED.az
16:30 8 Aprel 2021

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə sabahdan Azərbaycanın daha 7 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

Eləcə də bax: Azərbaycanın daha 8 şirkəti Rusiya pomidor ixracı - İCAZƏSİ ALDI

FED.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib. İxraca icazə verilənlər “AGRO AZ”, “ABSHERON AGRO 2020”, “Ecofood” ,“A-K Qrup”, “Qızılnour” şirkətləri, eləcə də fərdi sahibkarlar Taleh Eyvazov və Göyçə Süleymanovadır. (Report)

Banner
Banner

Digər xəbərlər