Göyçayın istixana təsərrüfatlarında məhsul yığımı davam edir və cari ilin ötən dövründə 25 min 854 ton pomidor, 1800 ton xiyar istehsal olunub.
Eləcə də bax: Hər hektardan 50-60 sentner məhsul götürülür - Maya Dəyərindən 10-15 Dəfə Baha Satılır
FED.az xəbər verir ki, Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, Göyçayda hazırda 227,5 hektar ərazisi olan 5500 istixana təsərrüfatı var. Bu təsərrüfatların 255,4 hektarında pomidor, 22,1 hektarında isə xiyar əkilib. Rayonun əksər bölgələrində, xüsusilə Şəkər, Ləkçıplaq, Mırtı və bir sıra digər ərazi icra nümayəndəliyində fermerlər və fiziki şəxslər əlverişsiz keçən hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, bol məhsul yetişdirməyə nail olublar. İndiyədək istehsal olunan məhsulun təxminən 10 faizi Rusiya və Ukrayna bazarlarına göndərilib. Qalan məhsul isə yerli bazarlara çıxarılır. (Azərtac)