Ötən il Oğuz rayonunda meyvə və giləmeyvə bağlarından 4 min 886,6 ton məhsul tədarük olunub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 640,6 ton və ya 15,1 faiz artıb. Barverən bağların hər hektarından orta hesabla 17 sentner, yəni, əvvəlki ildəkindən 2 sentner çox məhsul götürülüb.
100-dən artıq fermerin cəlbi ilə nəhəng aqropark yaradılır - 100 MİLYONDAN ÇOX SƏRMAYƏ QOYULACAQ
FED.az xəbər verir ki, bu barədə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda Oğuz rayonunda meyvə bağlarında giləmeyvəliklərin ümumi sahəsi 6 min 228,6 hektardır. Meyvə bağlarının 2 min 832,1 hektarı barverən yaşdadır. 2022-ci ildə rayon ərazisində 289,9 hektar sahədə yeni meyvə bağları salınıb. Yeni bağların 206 hektarına fındıq, 83,9 hektarına qoz ağacları əkilib.
Mövcud meyvə bağlarının 4 min 369,5 hektarı fındıq bağlarından ibarətdir. Bu bağların 1917,6 hektarı barverən yaşdadır. Ötən il fındıq bağlarından 1071,7 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 357,2 ton və ya 50 faiz artıb. (Azərtac)