“Absheron Saffron Ltd” MMC bu il əkin sahələrini genişləndirmək niyyətindədir.
Azərbaycanın zəfəran məhsulları BƏƏ və Qətər bazarına çıxarılıb
FED.az xəbər verir ki, bunu MMC-nin təsisçisi Xəlil Cəfərov deyib. Onun sözlərinə görə, hazırda 9-10 hektar ərazidə zəfəran əkini aparılır. Şirkət bu il əkin sahəsini 5 hektar artıraraq ümumi sahəsini 15 hektara çatdırmaq əzmindədir. X.Cəfərov əkin işlərinin avqustun sonu, sentyabrın əvvəlində həyata keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, şirkət Zirə qəsəbəsində zəfəran əkir və hər ilin noyabr ayında yığım həyata keçirir. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)