"Agro Food Investments" MMC şirkətində yeni təyinatlar olub.
“Azərsun Holdinq”də - YENİ TƏYİNAT
FED.az şirkətə istinadən xəbər verir ki, İdarə Heyətinin sədri vəzifəsinə Vahid Novruzov, Baş maliyyə inzibatçısı vəzifəsinə isə Kamran Kərimov təyin edilib.
Vahid Novruzov 2020-ci ildə “Agro Food İnvestments” MMC-yə İdarə Heyətinin sədr müavini və Baş strategiya inzibatçısı olaraq qoşulmuşdur.
Qeyd edək ki, hazırkı Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bundan əvvəl "Agro Food Investments" MMC şirkətinin rəhbəri idi.
"Agro Food Investments" MMC şirkəti Azərbaycanın ən böyük aqrar və qida şirkətlər qrupundan biridir. Şirkət bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini idarə edir. (Marja)