Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir.
Dövlət tərəfindən bu şəxslərə yeni güzəşt – Yalnız yarısını ödəyəcəklər
FED.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə bildirib.
"Bunlardan 26-sı iri, 175-i orta, 417-si kiçik, 12 mini isə mikro sahibkarlıq subyektləridir. Kredit təşkilatlarının ümumi kredit portfelinin cəmi 1,8 %-i və yaxud 571 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa yönəlib. Bu isə maliyyə əlçatanlığı ilə bağlı aqrar sektorda əlavə alətlərə ehtiyac olduğunu göstərir", - deyə o qeyd edib.
M.Musayevin sözlərinə görə, kənd təsərrüfatı iqtisadi fəaliyyət sahəsi olmaqla yanaşı, eyni zamanda sosial sabitliyin və milli təhlükəsizliyin əsas dayaqlarından biridir: "Azərbaycanda məşğul əhalinin təxminən 35 %-i birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır. Kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı isə artıq 10 %-ə yaxınlaşır. Xüsusilə qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi məsələsi strateji məsələyə çevrilib". (Report)










