“Rosselxoznadzor” Azərbaycandan gətirilən pomidorlarda “pomidor güvəsi”nin olması ilə bağlı yeni hallar aşkar edib.
FED.az xəbər verir ki, Xidmətin məlumatına görə, təhlükəli zərərverici "Viaduk" (Dağıstan) gömrük terminalında beş istehsalçının məhsullarında aşkarlanıb.
Pomidor güvəsi aşağıdakı beş Azərbaycan istehsalçısının məhsullarında aşkarlanıb:
- "AQRO-FAVORİT";
- "Binə Aqro"QSC
- "AGROTERM" MMC;
- "Xızı Aqropark" MMC;
- Fərdi sahibkar Mamedov Vilayət Rüstəm oğlu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bütün pozuntu faktları ilə bağlı məlumatlandırılıb. Bundan başqa, “Rosselxoznadzor” “pomidor güvəsi”nin aşkarlandığı pomidorların idxalı ilə bağlı hər bir halın araşdırılmasının dərhal təşkil edilməsi, Azərbaycandan Rusiyaya karantin altında olan məhsulların göndərilməsi zamanı beynəlxalq və Rusiya fitosanitar tələblərinin pozulmasının qarşısının alınması üçün tədbirlər görülməsi və pozuntuya yol vermiş müəssisələrə fitosanitar sertifikatlarının verilməsinin dayandırılması ilə bağlı agentliyə müraciət ünvanlayıb.
Yaxın vaxtlarda Azərbaycan tərəfi ilə danışıqlar aparılacaq.
Hazırda Azərbaycanın 33 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verilib. Daxil olan məhsulların hər bir partiyası “Rosselxoznadzor”un laboratoriyalarında yoxlanılır. (Marja)