20 dekabr 2018-ci il tarixində “İmişli-Pambıq”ASC, 21 dekabr 2018-ci il tarixində isə “Neftçala-Pambıq” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Hər iki ASC-nin yığıncağının gündəliyindəki məsələ ASC-nin digər cəmiyyətdə olan payının satılması məsələsinin müzakirəsidir.
“İmişli-Pambıq”ASC səhmdarlarının nəzərinə!
20 dekabr 2018-ci il saat 15.00-da cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1.ASC-nin digər cəmiyyətdə olan payının satılması məsələsinin müzakirəsi. 2.Digər məsələlər. Yığıncaq cəmiyyətin yerləşdiyi İmişli şəhəri, R.Əliyev küçəsi, 1 nömrəli ünvanda keçiriləcəkdir. Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər. Əlaqə telefonu: (051) 948-61-29.
“Neftçala-Pambıq” ASC səhmdarlarının nəzərinə!
21 dekabr 2018-ci il saat 15.00-da cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1.ASC-nin digər cəmiyyətdə olan payının satılması məsələsinin müzakirəsi. 2.Digər məsələlər. Yığıncaq cəmiyyətin yerləşdiyi Neftçala rayonunun Aşağı Qaraimanlı kəndində keçiriləcəkdir. Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə yığıncağın keçirilməsinə 2 saat qalmış cəmiyyətin yerləşdiyi hüquqi ünvanda tanış ola bilərlər. Əlaqə telefonu: (055) 515 -25-88