Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) iki ölkənin fitosanitar xidmətlərinin informasiya sistemlərini birləşdirərkən meyvə-tərəvəz qablarının etiketlənməsi zamanı GS1 ştrix kodlaşdırma standartlarına keçməyi təklif edib.
Eləcə də bax: Gələn aydan Rusiyaya pomidor ixracına icazə - AQTA-nın Zəmanətinə Əsasən Veriləcək
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, " "Rosselxoznadzor"un yaydığı məlumata görə, bu kodlaşdırma ilə bağlamaya ştrix-kod tətbiq edilir, onu oxuyarkən yük haqqında əsas məlumatları, xüsusən də onun istehsalçısı, istehsal tarixi və bir sıra digər məlumatları əldə etmək üçün imkan yaranır.
Qeyd olunub ki, hazırda iki ölkədən tənzimlənən məhsulların qarşılıqlı tədarükündə belə kodlaşdırma sistemindən istifadə edilmir və mallara yalnız onlar haqqında əsas məlumatları ehtiva edən etiket tətbiq olunur. Bildirilib ki, bu məsələyə AQTA tərəfindən müzakirə olunacaq.