Rusiyanın Samara şəhərinin hava limanında Azərbaycandan gələn sərnişinlərin əl yükü və baqajında olan gavalı yükü yoxlanılarkən ziyanvericilər müəyyən edilib.
FED.az xəbər verir ki, müvafiq nəzarət qurumunun laboratoriyasında keçirilən analiz nəticəsində gavalıda təhlükəli ziyanvericilərdən hesab olunan Şərq meyvə güvəsi aşkarlanıb.
Bundan sonra gətirilən gavalı yandırılaraq yox edilib.