Bu il iyul ayının 1-nə ölkədə ümumi sahəsi 1,4 min hektar olan 3233 istixana fəaliyyət göstərib.
Eləcə də bax: İstixanaların “Azəriqaz”a 11 milyon manat borcu var - RƏSMİ
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 4,2 faiz artaraq 181,8 min ton, xiyarın istehsalı isə 10,5 faiz artaraq 10,7 min ton olub.