Banner

Aqrar

Azərbaycanda yumurta kəskin ucuzlaşdı

Azərbaycanda yumurta kəskin ucuzlaşdı | FED.az
14:23 2 Aprel 2019

Azərbaycanda yumurtanın qiyməti ucuzlaşıb. 

FED.az-ın məlumatına görə, hazırda marketlərdə yumurtanın qiyməti 7-9, 10-12 qəpik təşkil edir.

Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirib ki, bazarda yumurtanın qiyməti 10 gündür ucuzlaşıb:

“Bunun səbəbi odur ki, yumurtanın istehsalı artıb, tələbat isə azalıb. Bayramqabağı hamı yumurtanı iki-üç qat aldı. Bayramdan sonra isə tələbat azalıb. Tez xarab olan məhsul olduğu üçün marketlərdə qiymət ucuzlaşdırılıb ki, insanlar alsın”.

Eləcə də bax: Azərbaycanda canavarlar 400 qoyunu parçaladı

Aydın Vəliyev qeyd edib ki, yumurtanın yenidən bahalaşması gözlənilmir:

“Xaricdən ölkəyə gətirilən məhsullarda bahalaşma olarsa, o zaman marketdə qiymətlər də qalxa bilər”.

Qeyd edək ki, bundan əvvəl yumurtanın qiyməti 15-20 qəpik arasında dəyişirdi.

Digər xəbərlər

Banner