Azərbaycanda yeni bağ salanlar üçün güzəştli kreditlər 3-5 il deyil, 6 il müddətinə veriləcək.
Eləcə də bax: Torpağın varsa işə başla: 1 hektar bağ salmaq neçə başa gəlir? – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanına etdiyi dəyişiklikdə öz əksini tapıb.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, yeni bağların salınması üçün kreditlərin güzəşt müddəti isə 2 ildən 3 ilə çatdırılıb.