Son dövrlər Azərbaycanda yaradılan 53 aqroparka 2,4 milyard manata yaxın investisiya yatırılıb.
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, aqroparklar artıq uzun illər Prezident İlham Əliyevin siyasətinin davamı və onun tapşırığına uyğun olaraq yaradılmış böyük istehsal müəssisələridir: "Bu aqroparklara dövlət tərəfindən 690 milyon manat dəyərində dəstək olub".
O qeyd edib ki, bir növ xarici ticarətin formalaşması və artımında bu güzəştlər, dəstək mexanizmləri, həmçinin yanaşmalar, böyük və müasir təsərrüfatların formalaşmasına öz müsbət təsirini göstərib". (Report)










