“Azərbaycanda saxlanılan xırdabuynuzlu heyvanların sayının kəskin azalmasının bir sıra səbəbləri mövcuddur”.
FED.az xəbər verir ki, bunu iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, əsas səbəblərindən biri təbii otlaq sahələrinin azalmasıdır. İtisadçının bildirib ki, təbii otlaq sahələrinin azalmasının isə iki səbəbi var. Birincisi əkinçilik məqsədilə ərazilərin hasarlanması, digər səbəb isə torpağın şoranlaşması ilə bağlıdır. Onun sözlərinə görə, bir səbəbin isə bu işlə məşğul olanların sayının azalması oluğunu qeyd edib.