Kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Bu ilin noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 195,9 min ton dənli və dənli paxlalı bitkilər əkilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çoxdur.
Bundan başqa tarlalardan 1 milyon 785,6 min ton (1,8 faiz çox) tərəvəz, 1 milyon 118,2 min ton (3,1 faiz çox) meyvə və giləmeyvə, 914,5 min ton (7,6 faiz az) kartof, 490,0 min ton (11,8 faiz çox) bostan məhsulları, 200,6 min ton (7,8 faiz az) üzüm, 164,5 min ton (31,5 faiz çox) şəkər çuğunduru, 139,5 min ton (17,4 faiz az) pambıq, 31,1 min ton (6,3 faiz çox) günəbaxan, 5588,1 ton (34,0 faiz çox) tütün, 1041,7 ton (5,5 faiz az) yaşıl çay yarpağı yığılıb.