Azərbaycanda tütün əkini sahələri üzrə sığorta müqavilələrinin imzalanması dövrü başlayıb.
1 hektar pambıq 25 manata, 1 qoyun cəmi 7 manata sığortalanır – Zərdabda fermerlərlə görüş keçirilib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, hazırda tütünçülük sahəsində yüzlərlə fermer fəaliyyət göstərir və gəlir əldə edir. Aqrar sığorta bu fermerlərin gəlirlərini qorumağa imkan verir. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənildiyinə görə fermerlər tütün sahələrini kiçik ödənişlə sığortalaya bilərlər.
Bundan başqa, tütün məhsulu dolu riski ilə yanaşı, doludan keyfiyyət itkisi riskinə qarşı da həssasdır, dolunun korladığı tütün yarpaqları keyfiyyətini itirdiyinə görə əvvəlki dəyərindən təqribən 3 dəfə ucuz satılır.















