Azərbaycanda təsərrüfatların 80 faizinin quraq və ya yarımquraq ərazilərdə olduğu, suvarılan bitkilərin isə ümumi kənd təsərrüfatı məhsullarının 80 faizinədək hissəsini təmin etdiyi kənd təsərrüfatı artıq ciddi su təhlükəsizliyi problemi yaşayır.
Azərbaycan su problemi olan - 18 ÖLKƏDƏN BİRİ OLACAQ
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycanla bağlı rəqəmlərində qeyd olunub.
Qeyd olunub ki, əlavə buxarlanma səviyyəsi və suya olan tələbatla əlaqədar, ölkədə istiləşmə dərəcəsi orta hesabla 0,7°C olsa da, yay-yaz vaxtlarında və quraq illərdə vəziyyət daha da kəskinləşir.
“Gələcək yağıntı meyllərinin qeyri-müəyyənliyi su sektoruna investisiyalar və bu sektorla bağlı siyasət üçün problemlər yaradır”, - deyə hesabatda qeyd olunub. (Apa)