Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Dəstək və İnkişaf Fondu ölkədə taxıl istehsalı ilə bağlı layihələrə 71 mln dollar ayırıb.
FED.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bu gün Bakıda keçirilən Beynəlxalq Taxılçılıq Forumunda bildirib.
Eləcə də bax: "Qarabağ Taxıl" MMC-yə - YENİ DİREKTOR TƏYİN EDİLİB - RƏSMİ AÇIQLAMA
Onun sözlərinə görə, sözügedən layihələr ölkədə böyük aqroparkların və böyük fermer təsərrüfatlarının yaradılmasını ehtiva edir: "Bununla yanaşı, Fond 463 min tonluq 30 taxıl anbarının yaradılması üçün kreditlər də ayırıb".
Report