Kənd Təsərrüfatı Nazirliyi ölkə ərazisində taxıl biçini ilə bağlı opertiv məlumatı ayıqlayıb.
Nazirlikdən FED.az-a verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
ELƏCƏ DƏ BAX : AKİA sədri: “Yarmarkalar fermerlərin şəxsi texnikaları olmasına maraq göstərdiklərini nümayiş etdirir”
İyunun 10-na olan operativ məlumata görə, ölkə ərazisində 181486 hektar ərazidə taxıl biçini aparılıb, 171 231,7 hektar ərazidə arpa, 10 254,3 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 528 743,2 ton taxıl istehsal olunub, orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Kürdəmir rayonunda arpa biçini başa çatmaq üzrədir. Rayon ərazisində arpa əkilmiş 29 926 hektar sahənin 28 645 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha təşkil edir. Neftçala, Şəki, Biləsuvar, Sabirabad, Cəlilabad, Zərdab, Yevlax və Bərdə rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.
Hazırda məhsuldarlıq üzrə ən yaxşı göstərici Cəlilabadda, ən aşağı göstərici Neftçaladadır.
Rayon |
Arpa sahəsi, ha |
Biçilmiş sahə, ha |
Məhsuldarlıq, s/ha |
Neftçala |
31404 |
25190 |
21,6 |
Şəki |
21626,3 |
10400 |
34 |
Biləsuvar |
14900 |
12956 |
30 |
Sabirabad |
9600 |
8213 |
38 |
Zərdab |
5730 |
4342 |
30,5 |
Yevlax |
5082,5 |
4150 |
28 |
Cəlilabad |
4509,1 |
4090 |
35,2 |
Bərdə |
2568 |
2537 |
31 |
Beyləqan |
1765 |
1426 |
26,8 |
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.
Ölkə üzrə taxıl biçininə 1348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır. Arpa biçininə cəlb olunan digər kombaynlar isə fiziki və hüquqi şəxslərə məxsusdur. “Aqrolizinq” ASC-nin kombaynları ilə 71710 hektar, fiziki və hüquqi şəxslərdə olan kombaynlarla 110977,6 hektar sahə biçilib.