Azərbaycanda suvarma suyu ilə bağlı problemlər səbəbindən bəzi sahələrdə əkinlərin həcmi məcburi şəkildə azaldılmalı olub.
Eləcə də bax: Prezident: "Meliorativ tədbirləri dədə-baba üsulu ilə apara bilmərik"
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə havaların quraqlıq olması nəticəsində aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəyib. Hələ su çatışmazlığı və quraqlıq səbəbindən şəkər çuğundurunun, çəltiyin əkin sahəsi məcburi azaldılıb.
Ekspert bildirib ki, 2020-ci ildə su çatışmazlığı səbəbindən 50 min hektar təkrar əkin ixtisar edilib.