Yaxın vaxtlarda “Azərbaycan Soğan İstehsalçıları və İstehlakçıları Assosiasiyası” İctimai Birliyi yaradılacaq. FED.az-ın məlumatına görə, bu barədə İmişlidə, "Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativi"nin təsis konftansı zamanı kənd təsərrüfatı nazirinin müavini İlham Quluyev məlumat verib.
O, həmçinin deyib ki, hazırda soğanın baha deyil: “Bu məhsul demək olar ki, real dəyərinə - ona çəkilmiş xərcə uyğun qiymətə satılır. Soğanın məhsuldarlığı yüksəkdir, buna görə də onun qiymətində azalma var və hətta Azərbaycandan ixrac olunur”.