Ölkə ərazisində əkin sahələrinin 25 faizdən çox hissəsi sığortalıdır.
Aqrar Sığorta Fondu zərər ödənişlərinə - BAŞLADI
FED.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun sədr müavini Firdovsi Ağaşirinov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün keçirilən aqrar sığorta təlimində deyib.
“Hazırda aqrar sığorta sistemi ölkənin əkin ərazilərinin 96 faizi və istehsal həcminin 95 faizə qədərini əhatə etmək imkana malikdir. Bu, o deməkdir ki, təqdim olunan sığorta məhsulları ölkənin bütün ərazisində əkilir, becərilir və sığortası mümkündür. Bu, kifayət qədər yüksək göstəricidir, - deyə F.Ağaşirinov qeyd edib. (Azərtac)