Bazarda satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis İdarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.
Onun sözlərinə görə, Azərbaycanda satılan nərəcinsli balıqlar əsasən, Rusiya və Çində süni şəraitdə yetişdirilib.
Eləcə də bax: Şiddətli dolu Xaçmazda ziyan vurub
E.Süleymanov sosial şəbəkələrdə nərəcinsli balıqların ovlanması ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirərək deyib ki, həmin video 2015-ci ilə aiddir: "Videogörüntüdə olanlar Azərbaycan vətəndaşı olsalar da, brakonyerlik halı Azərbaycan hövzəsində deyil, Rusiya ərazisində - Dağıstanda baş verib".
Nazirliyin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov bildirib ki, Azərbaycanda son vaxtlar ərzində nərəcinsli balıqların yetişdirildiyi fermalar formalaşıb: "Onlar da bazara artıq öz məhsullarını çıxarırlar. Amma bazara çıxarılan balıqlar daha çox idxal edilmiş nərəcinsli balıqlardır".