Sentyabrın 1-dən bu ilin sonunadək Azərbaycanda sahə baytarları mərhələli şəkildə əmək müqaviləsi ilə deyil, dövlətlə xidməti müqavilə ilə fəaliyyətə başlayacaq.
Eləcə də bax: Azərbaycanda baytar və aqronomlar üçün – YENİLİK – ƏLAVƏ GƏLİR İMKANI
Kənd Təsərrüfatı Nazirliyindən FED.az-a verilən məlumata görə, baytarlarla ilk müqavilə avqustun 31-də imzalanacaq. Sənəd "Özəl baytarlıq – fermerə təkmil, rəqabətli və səmərəli xidmət" mövzusunda keçirilən konfrans çərçivəsində imzalanacaq.
Konfrans kənd təsərrüfatı naziri, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Dünya Bankının ölkə üzrə meneceri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin və digər yerli və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçiriləcək. (Apa)