Bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən, 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.
Eləcə də bax: Azərbaycanda dövlət fermerlərdən buğda almaq üçün – TAXILA QİYMƏT QOYACAQ
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Real TV-yə müsahibəsində bildirib,
"Eyni halı 2020-ci ildə də yaşamışıq və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir”, - o deyib.
Xatırladaq ki, hazırda ölkədə taxıl biçini davam edir, cari ilin məhsulu üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb, bunun 600 min hektara yaxınını buğda, 400 min hektara yaxınını isə arpa əkinləri təşkil edir. (Report)