Son bir ildə Azərbaycanda qoyun və quzuların sayı 808 min və ya 10% azalıb və bu son 10 il ərzində qeydə alınmış ən aşağı göstəricidir.
Ötən il Azərbaycana diri qoyun və keçi idxalı - 64% ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən əldə edilən məlumatda bildirilir.
Bildirilir ki, 1 aprel 2023-cü il tarixinə respublika ərazisində fermerlərin ümumilikdə 7 milyon 360.8 min ədəd qoyun və keçisi var.
Cari ilin təkcə birinci rübündə qoyun və keçilərin sayı 5% azalmış olub.
Qoyun sayının sürətlə azalması və eləcə əhalinin artımı ilə tələb təklifdən xeyli aşağı düşür, nəticədə ölkədə qiymətlərin artımına təkan verir. DSK-nin 5 illik ərzaqların orta qiymət siyahısnda qoyunun sümüklü əti 2018-ci ildə bir kiloqramı 11 manatdan ucuz olduğu halda, 2023-cü ilin əvvəlinə 14 manata qədər yüksəlib. Bazarda real olaraq qoyun əti hər kiloqram üçün 15-18 manat aralığında ticarət edilməkdədir.
Azərbaycanda qoyun ətini əsasən daxili və qismən də xarici bazar hesabına qarşılayır. 2022-ci ildə qoyun idxalı 2021-ci illə müqayisədə 65% artmaqla 195 minə yaxın olmuşdu, lakin bu 2021-ci iliin pandemiyadan bu heyvanların idxalına kəskin neqativ təsir etməsi nəticəsində azalmasını nəzərə almaq lazımdır.