Bu günə qədər Azərbaycanda payızlıq arpa sahələrinin 65 %-i biçilib.
Taxılyığan kombaynlar - ƏDV-DƏN AZAD OLUNUB
Bu barədə FED.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, respublika üzrə taxıl sahələrinin 38,9 %-də biçin yekunlaşıb. Bu günə olan operativ məlumata görə, 410 237 hektar sahədə biçin prosesi başa çatıb, sahələrdən 792 444 ton arpa və 523 354 ton buğda yığılıb. Orta məhsuldarlıq arpa üzrə 30,4 sentner, buğda üzrə 34,9 sentner təşkil edir.
Artıq Aran rayonlarında arpa biçini tam yekunlaşmaq üzrədir, yaxın günlərdə dağətəyi bölgələrdə arpa biçininə start veriləcək.
Hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə ümumilikdə 1 491 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 112 952 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. “Aqroservis”in kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Bu il ölkə ərazisində 1 milyon hektardan artıq sahədə taxıl əkilib ki, bunun 40 %-i arpa, 60 %-i buğda sahəsidir.