2018-ci il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2 910 vahid istixana fəaliyyət göstərib.
FED.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanaların ümumi sayında 3,4%, onların sahəsində isə 6,9% artım olub.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 13,2% artaraq 189 min ton, xiyarın istehsalı isə 15,2% artaraq 10,8 min ton olub.