Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı, bu sahəsdə mövcud çağırışlar və onların həlli yolları müzakirə edilib.
Pambıq şirkəti: «Fermerlərin pulunu ödəyə bilmirik, pambıq ucuzlaşıb, ixracı çətinləşib» - MÜSAHİBƏ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Pambıqçılıq ölkəmiz üçün sənayeləşmə və qeyri-neft ixracının artırılması baxımından strateji əhəmiyyət daşıyan sahədir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanovla birlikdə iştirak etdiyimiz "Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı" mövzusunda onlayn görüşdə pambıqçılığın inkişafı sahəsində mövcud çağırışları və onların həlli yollarını müzakirə etdik.
Pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması, regionlarda məşğulluğun təşviqi məqsədilə pambıq istehsalında dəyər zəncirinin dərinləşdirilməsi, yeni istehsal güclərinin qurulması, yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalına keçid, mövcud infrastrukturun və bu sahədə çalışan şirkətlərin fəaliyyətinin təkmilləşdirilməsi imkanlarını vurğuladıq", - paylaşımda qeyd edilib.











