Bu ilin sentyabrın 1-dən Azərbaycanın 6 şəhər və rayonunda (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələdə) 95 baytarlıq məntəqəsi özəl fəaliyyətlə xidmətə başlayacaq.
Eləcə də bax: Azərbaycanda gələn ildən heyvanların çiplənməsinə - Başlanacaq
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, 1 oktyabr tarixinədək 546 məntəqəni əhatə edən daha 43 rayonda bu proses gedəcək: "Daha sonra isə 157 məntəqəni əhatə edən 13 rayon əhatə olunacaq. Beləliklə, 1 noyabr tarixindən ölkədə özəl baytarlıq tam olaraq fəaliyyətə başlayacaq". (Apa)