Aqrar İnkişaf Könüllülərinin təşkilatçılığı və BMT İnkişaf Proqramının “Aqrobioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsinin tərəfdaşlığı ilə “Öyrənən fermer” layihəsinə başlanılıb.
Bu barədə FED.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Üç gün davam edəcək layihə Şəki, Göyçay, Goranboy rayonlarında baş tutacaq. Layihənin əsas məqsədi regionlarda fermerləri meyvəçilik, torpaqların deqradasiyasının bitkilərin məhsuldarlığına təsiri, ilkin tibbi yardım kimi mövzularda təlimlərə cəlb etmək, təsərrüfat üçün faydalı internet resursları, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin göstərdiyi xidmətləri, Kənd Təsərrüfat Nazirliyinin tabeli qurumları haqqında məlumat vermək eyni zamanda fermerlərin bilik və bacarıqlarını artırmaqdır.
Qeyd edək ki, “Öyrənən fermer” layihəsin ikici mərhələsində könüllülər vasitəsilə maarifləndirici bukletlər paylanacaq, fermerlərin təlim ehtiyaclarını müəyyənləşdirmək üçün sorğular keçiriləcək.