Aqrar Sığorta Fondu Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən meyvə bağı üzrə 712 min manat sığorta ödənişi edib.
Azərbaycanda meyvə bağı üzrə 321 min manat sığorta ödənişi edilib
FED.az xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.
Onun sözlərinə görə, bu ilin mart ayında nektarin bağını şaxta vurub: "Sahədə iki dəfə ekspertiza aparılıb. İlkin ekspertiza hadisənin təsdiq olunması ilə bağlı olub, yekun ekspertiza məhsul yetişəndə baş tutub, daha dəqiq zərər hesablanıb. Hadisə meyvə bağlarında çiçəklənmə zamanı baş verib və zərər qarşılanıb". (Report)









