Son illər yerli çaya tələbat artdığından çayçılıqda canlanma müşahidə olunur. Çay sahələrinin və yığılan məhsulun miqdarı artsa da bir çoxları qiymətin elə əvvəlki kimi baha olduğunu bildirirlər. Məsələn, Lənkəran bazarlarında qiyməti 100 manat və daha baha olan çay növləri var.
FED.az Xezerxeber-ə istinasən xəbər verir ki, çay yetişdirən fermerlər məhsulu bazarlarda çəki ilə satırlar. Bir kilosunun qiyməti 100 manat və daha artıq olan çaylar da var.
Lənkəran çayı..
Adına Lənkəran çayı desələr də yetişdirilmə ərazisinə və yığılma vaxtına görə müxtəlif keyyyyətdə və fərqli qiymətlərdə çaylar olur. Qiymətlər 10 manatdan bir neçə yüz manata kimi dəyişir. Satıcılar bildirir ki, son vaxtlar yerli çaya tələbat artıb. Bazarlarda qiyməti 100 manat və daha çox olan çayların da öz alıcıları var
Bunlara nisbətən qiyməti 8 manatdan 50 manata qədər olan çaylar daha çox satılır. Eyni sort çayın ucuz olması isə bitkinin sonradan çıxan yarpaqlarından hazırlanması ilə əlaqəlidir. Yerli çayın adını və dadını eşidib Türkiyədən Lənkərana gələnlər də var.
Hazırda Astarada 345, Lənkəranda isə 568 hektardan artıq çay sahəsi mövcuddur.
FED.az mövzu ilə bağlı daha ətraı videomaterialı təqdim edir:
Azərbaycanda kilosu 100 manata çay satılır - VİDEO
08:49
28 Noy 2018