Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafına 2023-cü ilin dövlət büdcəsindən 1 milyard 202,1 milyon manat məbləğində vəsait ayırmağı planlaşdırır ki, bu da 2022-ci illə müqayisədə 20,5% çoxdur.
2027-ci ilədək Azərbaycanda 4 milyon tona yaxın taxıl - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, Maliyyə Nazirliyindən bildirilib ki, müxtəlif kənd təsərrüfatı tədbirləri üçün 658,1 milyon manat (xərclərin 54,7%-i), meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 465,8 milyon manat (38,7%), baytarlıq tədbirləri üçün 47,5 milyon manat (4%), digər məqsədlər üçün 30,7 milyon manat (2,6%) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
2023-cü ildə Qarabağ və Şərqi Zəngəzurda yeni torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi də daxil olmaqla Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi tədbirləri üçün 625,2 milyon manat vəsait nəzərdə tutulub.
Bundan əlavə, ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxal olunan buğdadan asılılığın azaldılması və ölkənin ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin artırılması üçün yeni tənzimləyici mexanizmlərin yaradılması məqsədilə 180 milyon manat məbləğində vəsait ayrılacaq.
Kənd təsərrüfatı bitkilərinin və bitkiçilik məhsullarının sığortalanması üçün 6,5 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.(İnterfaks-Azərbaycan)