Azərbaycanda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan obyektlərin tikintisi üçün icazə tələb olunacaq.
"Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər"
FED.az xəbər verir ki, bununla bağlı "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun icrası ilə əlaqədar Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilib.
Layihəyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısından kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin adı çıxarılır.
Sənəddə həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda quyuların, istixanaların, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin tikilməsinə də icazə tələb olunması qeyd edilib.
Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.










