2021-ci ilin yanvar- aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 447,4 milyon manat təşkil edib.
Eləcə də bax: 1 hektar qarğıdalı sahəsini sığortalamaq neçəyədir? – HESABLAMA, REGİONLAR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, həmin məbləğin 1 milyard 343,4 milyon manatı heyvandarlıq, 104,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,3 faiz, bitkiçilik məhsulları üzrə isə 2,6 faiz artıb. (Trend)