2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda 994,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2% çoxdur.
Eləcə də bax: Dünya Bankı Azərbaycanın aqrar sektoruna bu il - 4,4 mln. Dollar Yatıracaq
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 946,1 milyon manat məbləğində heyvandarlıq, 48,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,2%, bitkiçilik məhsullarının istehsal həcmi 2,5% artıb.
Birinci rüb ərzində respublikada 130,4 min ton ət (artım 3%), 484 min ton süd (artım 1,8%), 463,7 milyon ədəd yumurta (azalma 4,4%) istehsal edilib.
Aprelin 1-nə olan məlumata görə, ölkədə 8 milyon 279,2 min baş qoyun və keçi, 2 milyon 660,8 min baş iribuynuzlu heyvan var.
Yanvar-mart aylarında Azərbaycanda quş fabriklərində 18,9 min ton quş əti (2020-ci ilin yanvar-mart aylarında 19,1 min ton), həmçinin 183,6 milyon ədəd yumurta (bir il əvvəl 214,8 milyon ədəd) istehsal olunub. Bütövlükdə, müəssisələrdə quşların ümumi sayı 11 milyon 307,6 min baş, yumurtlayan toyuqların hər birindən orta hesabla 54 ədəd yumurta əldə olunub.
Yanvar-mart aylarında respublikada 80,4 min ton tərəvəz yığılıb ki, bu da bir il əvvələ olan göstəricidən 1,4% çoxdur.
Hazırda Azərbaycanda yazlıq bitkilərin əkini davam edir. Hesabat dövrü ərzində 117,4 min hektar ərazidə yazlıq əkin həyata keçirilir, bu da 2020-ci ilin naloji dövrünün göstəricisindən 1,3% çoxdur.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.(İnterfaks)