Cari ilin yanvar-iyun aylarında 46 752,1 ha əkin sahəsinin 18 634,5 ha sahəsindən kartof yığılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, məhsul yığılmış sahə ötən illə müqayisədə 2 524,1 ha və ya 11,9% azdır.
Yığım sahəsi, əkin sahəsinin 39,9%-ni təşkil edib.
Keçən iln müvafiq dövründə isə 21 158,6 ha sahədən kartof yığılmışdı.
Hesabat dövründə əkin sahələrindən 350 min 85,7 ton kartof yığılıb ki, bu da illik müqayisədə 73 min 235,1 ton və ya 17% azdır. 2023-ci ilin yanvar-iyun aylarında ümumilikdə 431 min 320,8 ton kartof yığılmışdı.
Hər hektar sahədən yığılmış kartofun kütləsi isə 192,1 sentner təşkil edib ki, bu da son bir ildə 11,7 sentner, yaxud 5,7% azdır.
2023-ci ilin 6 ayında məhsuldarlıq hər hektar üçün 203,9 sentner təşkil edib.