Proqnozlaşdırılan iqlim dəyişiklikləri əlavə təzyiq amilləri yaradacaq ki, bu da Azərbaycanda yağış suyu ilə qidalanan bitkilərin məhsuldarlığının 2051-2060-cı illərədək tədricən, lakin 1995-2014-cü illərin baza səviyyəsindən isə kəskin şəkildə - 30 faizədək azalmasına gətirib çıxaracaq. Kartof, şəkər çuğunduru və meyvələr daha çox təsirə məruz qalacaq.
Dünya Bankı: "Damcılı suvarma Azərbaycanda populyarlaşmaqdadır"
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycanla bağlı rəqəmlərində qeyd olunub.
Bundan başqa, hesabatda qeyd olunub ki, Azərbaycanın mərkəzi rayonlarındakı əkin sahələrinin çoxu su qıtlığı ilə üzləşəcək. Bərdə, Ağcabədi, Saatlı, Kurdəmir, Biləsuvar, Netfçala, İmişli, Yevlax, Sabirabad və Salyan və dağlıq ərazilərdəki yağışla qidalanan və suvarma sxemləri ilə təchiz edilməyən Qarabağ, Şəki-Zaqatala və Dağlıq Şirvanda bitkilər daha ciddi təsirlərlə üzləşəcək. Ölkənin cənub əraziləri olan Cəlilabad və Masallı da risk altındadır. (Apa)