Keçən ilin yanvar-aprel ayları ilə müqayisədə cari ilin ilk 4 ayında kənd təsərrüfatının ümumi məhsulu 3,9 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 22,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,9 faiz artıb.
FED.az-ın xəbərinə görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin əvvəlindən mayın 1-dək 40,6 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox kartof, 91,6 min ton və ya 3 faiz çox tərəvəz toplanıb.
Eləcə də bax: Aqrar Kredit və İnkişaf Agentliyi 6 regionda kənd təsərrüfatı texnikası - YARMARKASI KEÇİRƏCƏK