Xaçmaz rayonunda gündəlik istehsal gücü 100 000 ədəd olan yumurta istehsalı müəssisəsi tikilir.
Azərbaycanda yumurta istehsalı 16%-dən çox artıb
FED.az xəbər verir ki, Xaçmaz rayonunda yumurta istehsal edəcək yeni müəssisə tikilir. “Azəriyumurta” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni müəsisəsi rayonun Niyazoba kəndində 3,5 hektar ərazidə salınır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yumurta istehsal edəcək yeni müəssisənin imkanları ilə maraqlanıb. İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik olaraq 100 000 ədəd yumurta istehsal etmək mümükün olacaq.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev əhalinin quşçuluq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilməsi və yeni iş yerlərinin yaradılması məqsədilə Niyazoba kəndində müəssisənin inşasını yüksək qiymətləndirib. (Trend)