“Gilan Holding” MMC-nin Qəbələdəki heyvandarlıq kompleksi olmuş “Aqro Kompleks Qəbələ” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişib.
Eləcə də bax: İqtisadi Zonaların İnkişafı Agentliyində yeni təyinatlar - SƏDR VƏ MÜAVİNLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Əbülfəz Məlikov Ağarəhim oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə Mahir Bayramovu əvəzləyib.
“Aqro Kompleks Qəbələ” MMC 2011-ci ildə yaradılıb və 29 369 470 manat nizamnamə kapitalına sahibdir. 20 hektar ərazidə inşa olunan kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir.