Azərbaycanda dövlətin dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi çərçivəsində kənd təsərrüfatı heyvanlarının sığortası davam edir.
Aqrar Sığorta Fondundan FED.az-a verilən məlumata görə, noyabrın 3-də kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ilk müqavilədən sonra fermerlərin fonda müraciətləri başlayıb.
Xatırladaq ki, yeni sığorta mexanizmi vasitəsilə 1-7 yaşlı südlük inək və camışları sığortalamaq mümkündür. Aqrar sığortanın əhatə etdiyi digər sahələrdə olduğu kimi, heyvanların sığortasında da hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir.
Qaydalara əsasən, sığortalanan heyvanlar peyvəndlənməli, birkalanmalı, Elektron Kənd Təsərrüfatğı İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmalı, qapalı yerdə saxlanılmalı və saxlandığı yer Nazirlər Kabinetinin təsdiqlədiyi «Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları»na uyğun olmalı, heyvanlara qarşı baytarlıq tədbirləri və onların qidalanması qaydalara uyğun təmin edilməlidir.
Aqrar sığorta çərçivəsində heyvanların sığortalanması üçün iki sığorta zərfi təqdim edilir. Hər bir zərf üzrə iki fərqli azadolma məbləğləri seçə bilərlər – 10% və 20%.
Birinci sığorta zərfi baza risklərini əhatə edir
Buraya yoluxucu xəstəliklər, ilan və həşarat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu və yanğın nəticəsində heyvanların ölümü, eləcə də heyvanların məcburi kəsimi aiddir.
Birinci zərfə aşağıdakı risklər aiddir:
- yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
- ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü;
- zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
- təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
- yanğın nəticəsində heyvanın ölümü;
- vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
- sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.
Heyvanların bu risklərdən sığortalanması üzrə sığorta tarifləri belədir:
Şərtsiz azadolma məbləği |
10% |
20% |
1 illik |
6.1% |
5.4% |
2 illik |
11.8% |
10.5% |
3 illik |
17.2% |
15.2% |
Başqa sözlə, fermerlər kənd təsərrüfatı heyvanlarını 10% azadolma şərti ilə 6,1%-lik sığorta tarifi ilə, 20% azadolma şərtində isə 5,4%-lik tariflə sığortalaya bilərlər.
Misal 1: Qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə
10%-lik azadolma halında sığorta haqqı 305 manat (5 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 152,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
20%-lik azadolma halında isə ümumi sığorta haqqı 270 manat (5 000 x 5,4%) təşkil edir ki, bu məbləğin yarısını - 135 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Misal 2: Qiyməti 2000 manat olan yerli inək sığorta ediləndə
10%-lik azadolma halında sığorta haqqı 122 manat (2 000 x 6,1%) təşkil edir ki, bu məbləğin yarısını - 61 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
20%-lik azadolma halında isə ümumi sığorta haqqı 108 manat (2 000 x 5,4%) təşkil edir ki, bu məbləğin yarısını - 54 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
İkinci sığorta paketi əlavə riskləri də əhatə edir
Heyvanların sığortalanması üçün təklif olunan ikinci sığorta paketi, birincidə göstəriləndən əlavə riskləri də əhatə edir. İkinci paketdə əlavə risklərə heyvanların nəqliyyat vasitəsi (məsələn avtomobil və ya qatarla vurulması), heyvnaların daşınması zamanı yol qəzası nəticəsində heyvnaların ölümü, heyvanları cərəyan vurması, kimyəvi maddələrlə zəhərlənib ölməsi, eləcə də oğurlanması aiddir.
İkinci zərfə aşağıdakı risklər aiddir:
- yoluxucu xəstəliklər nəticəsində heyvanın ölümü;
- ilan və ya həşarat sancması nəticəsində heyvanın ölümü;
- zəhərli otlar və ya yemlərdən zəhərlənmə nəticəsində heyvanın ölümü;
- təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində heyvanın ölümü;
- yanğın nəticəsində heyvanın ölümü;
- vəhşi heyvanların hücumu nəticəsində heyvanın ölümü;
- sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində baytarın müvafiq rəyi əsasında heyvanın məcburi kəsimi.
- üçüncü şəxslərin hərəkətləri nəticəsində heyvanın ölümü, o cümlədən:
- heyvanın daşınması zamanı yol nəqliyyat hadisəsi nəticəsində ölümü;
- sığorta müqaviləsi üzrə əhatə olunan risklər nəticəsində heyvanın elektrik cərəyanına məruz qalması səbəbindən ölümü;
- sığorta müqaviləsinin qüvvədə olduğu ərazidə heyvanın nəqliyyat vasitəsi tərəfindən vurulması nəticəsində ölümü;
- heyvana qulluq zamanı üçüncü şəxslər tərəfindən kimyəvi maddələrin təsirilə zəhərlənməsi nəticəsində heyvanın ölümü;
- mülkiyyət əleyhinə olan hüquq pozuntusu (heyvanın sığorta müqaviləsində göstərilən saxlanıldığı yerdən oğurluq, soyğunçuluq və s. yol ilə əldə edilməsi) və s
Başqa sözlə, ikinci paket daha geniş riskləri əhatə edir və bu paket üzrə sığorta tarifləri aşağıdakı kimidir.
Şərtsiz azadolma məbləği |
10% |
20% |
1 illik |
9.5% |
8.3% |
2 illik |
18.4% |
16.1% |
3 illik |
26.8% |
23.4% |
Başqa sözlə, fermerlər kənd təsərrüfatı heyvanlarını daha geniş risklərdən sığortalayarkən 10% azadolma şərti ilə 9,5%-lik sığorta tarifi ilə, 20% azadolma şərtində isə 8,3%-lik tariflə sığortalaya bilərlər.
Misal 1: Qiyməti 5 000 manat olan Simmental cinsli inək sığorta ediləndə
10%-lik azadolma halında sığorta haqqı 475 manat (5 000 x 9,5%) təşkil edir ki, bu məbləğin yarısını - 237,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
20%-lik azadolma halında isə ümumi sığorta haqqı 415 manat (5 000 x 8,3%) təşkil edir ki, bu məbləğin yarısını – 207,5 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Misal 2: Qiyməti 2000 manat olan yerli inək sığorta ediləndə
10%-lik azadolma halında sığorta haqqı 190 manat (2 000 x 9,5%) təşkil edir ki, bu məbləğin yarısını - 95 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
20%-lik azadolma halında isə ümumi sığorta haqqı 166 manat (2 000 x 8,3%) təşkil edir ki, bu məbləğin yarısını - 83 manatını fermer, qalan yarısını isə dövlət ödəyir.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bununla bağlı şərtlər müqavilənin müddətindən və ödəniləcək məbləğdən asılıdır. 1 illik müddətə bağlanan sığorta müqaviləsində fermerin ödədiyi sığorta haqqının 50%-i dərhal, digər 50% isə 3 ay müddətində ödənilməlidir.
Sığorta müqaviləsi 1 ildən artıq müddətə bağlandıqda isə fermerin ödədiyi sığorta haqqının 50%-i dərhal, 25%-i 3 ay müddətində, digər 25% isə 6 ay müddətində ödənilməlidir.
Qaydalara əsasən, bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, yaşı 29-dan aşağı olan fermerlər «gənc fermer» güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.