Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən Lənkəran rayonunda istehsal olunan “Avanqard” çəltik sortunun ölkə ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilib və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət reyestrində qeydiyyatdan keçirilib.
Azərbaycanda çəltik biçini başa çatıb - Məhsuldarlıq Yüksəkdir
FED.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, “Avanqard” çəltik sortunun 500 kq Orijinal və 1200 kq Super elit toxumu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sertifikatlaşdırılıb.
ƏETİ tərəfindən “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nda təsbit edilən vəzifələrin icrası ilə əlaqədar olaraq əkin sahəsinin 10000 ha, məhsuldarlığın 40 tona çatdırılması istiqamətində 3 illik fəaliyyətin nəticəsi olaraq cari ildə çəltiyin 2 yerli “Zəfər” və “Bəstə” sortları Dövlət sınağının keçirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinə təqdim edilib.
Sortların yaradılması, toxum istehsalı və kadr potensialının artırılması istiqamətində Pakistan, Türkiyə, İran və Malayziyanın müvafiq elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əsasında fəaliyyətlər davam etdirilir