Azərbaycanın iri aqrar şirkətlər qrupu “Agro Food Investments” MMC-nin iki törəmə şirkətinin baş icraçı direktorları dəyişib.
Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “GrandAgro-Invitro” MMC-nin baş icraçı direktoru Pərviz Yusifov Ramiz oğlu təyin edilib. Buna qədər bu vəzifədə Taleh Zeynalov Tarix oğlu idi. Xəbər verdiyimiz kimi, Taleh Zeynalov Kənd Təsərrüfatı Nazirliyinin qurumuna təyinat alıb.
P.Yusifov 2017-ci ilin mayından bu şirkətlər qrupuna qoşulub, son 5 ayda şirkətlər qrupunun əməliyyat meneceri vəzifəsindədir.
Digər şirkət “GrandAgro” MMC-nin yeni təyin edilmiş direktoru Kamran Kərimov Azər oğludur. Buna qədər şirkətə Tofiq Həmidov rəsmən rəhbərlik edirdi.
K.Kərimov 2018-ci ildən bu şirkətlər qrupuna qoşulub, on son 6 ayda “Agro Food Investments”in İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı idi.