Sabirabadda qarpız yığımına başlanılıb.
Sahədə kilosu 20 qəpik, Bakıda bazarda 1 manatdır - FERMERLƏR NARAZILIQ EDİR: "XƏRCİMİZİ ÖDƏMİR"
FED.az xəbər verir ki, sahələrdə ilk kütləvi yığım həyata keçirilir.
Sabirabadlı fermerlər bu məhsulu əldə etmək üçün 5 aydan artıqdır əmək sərf ediblər.
"Nəticə ürəkaçandır."
Yəni bostanlarda məhsul boldur. Yığımın ilk günləri olduğundan təlabat yaxşıdır. Bu günlərdə həmdə qiymət sərfəlidir.
"Qarpızın 1 kq-ı topdan 55-60 qəpikdən satılır."
Xarici toxumların məhsulu isə həm tez yetişir, həmdə orta ölçülü olduğu üçün bazarın təlabatına uyğundur. Sairabad rayonun Əsgərbəyli kənd sakini Zaur Əliyev də ilk qarpız dərənlərdəndir. O bu il 25 hektarda məhsul yetişdirib. Deyir ki, qarpızın yetişdirilməsində ən böyük çətinlik xərclərin çox olmasıdır. Xüsusən də toxum xərcinin.
Ümumiyyətlə isə Sabirabad qarpızının yığımının ilk günələri olduğundan indiki halda istehsal olunan məhsulun çoxu ixrac olunur. Əsasən də, Rusiyaya göndərilir. Qarpız ixracının iki ay davam edəcəyi gözlənilir. (Xezerxeber.az)