Gələn il Azərbaycanda heyvandarlıqla məşğul olan fermerlərə 24 mln. manat məbləğində subsidiyalar veriləcək. Bunu FED.az-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin şöbə müdiri Nicat Nəsirli deyib.
Azərbaycanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri - KAPİTALINI ARTIRDI
Onun sözlərinə görə, ümumilikdə, heyvandarlıq sahəsində iki istiqamət üzrə subsidiyalar verilir – buzov və arıçılıq təsərrüfatları ilə məşğul olan fermerlərə. Gələn il üçün bu məqsədlə 24 mln. manat vəsait ayrılıb. Qalan subsidiyalar isə əkinçilik istiqaməti üzrə ayrılır.
Qeyd edək ki, ötən gün 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşğul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4,3 mln. manata yaxın subsidiya ödənilməsi qərara alınıb.